Keçmiş deputat Hadı Rəcəbli vəfat edib

Keçmiş deputat Hadı Rəcəbli vəfat edib

17-04-2024 13:03 / Bu xəbər 350 dəfə oxundu

Onun ürəktutmasından həyatını itirdiyi bildirilir

Aprelin 17-də sabiq deputat Hadı Rəcəbli vəfat edib.

76 yaşlı Hadı Rəcəblinin bu gün səhər saatlarında ürəktutmasından həyatını itirdiyi bildirilir.

 I–V çağırış Azərbaycan Milli Məclisinin deputatı, Sosial Siyasət Komitəsinin sədri olmuş H.Rəcəbli 1947-ci ildə Lənkəran rayonunda anadan olub.

O, Moskva Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləyib.

Keçmiş deputat 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü H.Rəcəbli 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycanın Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.