Lavrov: ABŞ öz QHT-lərini Mərkəzi Asiyaya aktiv şəkildə yerləşdirməyə çalışır

Lavrov: ABŞ öz QHT-lərini Mərkəzi Asiyaya aktiv şəkildə yerləşdirməyə çalışır

27-11-2023 16:55 / Bu xəbər 1106 dəfə oxundu

Qeyri-hökumət təşkilatları (QHT) ideyasını öz təsir alətləri kimi irəli sürən ABŞ onları postsovet məkanında, xüsusən də Mərkəzi Asiyaya fəal şəkildə yeritməyə çalışır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Primakov qiraətləri” forumunda çıxışı zamanı deyib.

"Birləşmiş Ştatlar minlərlə qeyri-hökumət təşkilatı yaradıb, onlardan yüzlərləsi postsovet məkanında işləyir, xüsusən Ermənistanda, Qırğızıstanda”, - Lavrov xatırladıb.

O qeyd edib ki, bir çox fondlar "Amerika bürokratiyasının bir hissəsi olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə 90% maliyyələşir və büdcədən pul alırlar”.

"Onların xətti bu qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdəki proseslərə birbaşa təsir göstərməkdir”, - nazir vurğulayıb.(APA)