Ölkədəki mənzərə
06-12-2023 12:16 / Bu xəbər 1720 dəfə oxundu
Cəmil Həsənli, professor
Milli Şuranın sədri,
Dünyanın ən nüfuzlu universitetləri iqtisadiyyat doktoru Qubad İbadoğlu ilə müqavilə müddətin uzadır, Azərbaycan məhkəmləri isə onun həbs müddətini.
London İqtisadiyyat Məktəbindən sonra Drezden Texnik Universiteti də dəvətli professor Qubad İbadoğlu ilə müqaviləni daha 2 il uzatdı. Bax bizim dünyadan əsas fərqimiz budur.
Dünyanın ən nüfuzlu mətbuat orqanları, "New York Times", "The Washington Post", "The Guardian" kimi dünya nəhəngləri onun böyük alim və müəllim olmağından, rejimin korrupsiya əməllərin ifşa etdiyinə görə saxta ittihamla həbsindən yazır, hakimiyyətin ələ və cibə baxan sarı mətbuatı ona böhtan yağdırır.
Böyük Britaniyanın nüfuzlu Oksford Universiteti Qubad bəyin saxta ittihamlarla qanunsuz həbsi ilə bağlı müzakirə keçirir, Prezident Aparatının yanında Soosial Təqdqiqatlar Mərkəzi (xalq arasında ona Zahid Orucun mərkəzi deyirlər) ona qarşı cəfəngiyyat silsiləsi dərc edir. Dünya ilə bizi ayıran dəyərlər bax budur.
Ötən yayda Qubad bəy Oxfordda seminar keçirmişdi, ötən həftə Oxford İqtisadiyyat Məktəbi (Rusiya və Şərqi Avropa üzrə) onu müdafiə tədbiri keçirdi. Oxfor bir qayda olaraq siyasi xarakterli tədbirlərdən uzaq dayanmağa çalışır, amma Qubad bəy o qədər saxta ittihamla həbs edilib ki, dünyanın birinci üçlüyə daxil olan universiteti buna biganə qala bilmədi.
Tədbirdə Michael Rochlitz (Associate Professor), Rusiya və Orta Asiya tarixi üzrə Britaniyanın ən yaxşı tarixçilərindən olan professor Alexander Morrison, Fəlsəfə və Siyasət Məktəbinin direktoru Jody Laporte, Beynəlxalq münasibətlər üzrə yardımçı professor John Heathershaw Qubad bəy haqqında, onun tədqiqatları haqqında ürək dolusu, həbsi haqqında ürək ağrısı ilə danışdılar.
Bu gün Qubad bəyin şərlənərək həbs edilməsindən 137 gün keçir. Və 100 ilə yaxın vaxt keçməsinə baxmayaraq 37 sanki bu millətin alın yazısına çevrilib. 37-dəki kimi hamı səksəkə içindədir. 37-dəki kimi heç kəs qəfil həbslərdən sığortalanmayıb. Nəcib bir ziyalı olan Rüfət Muradlı da tutuldu. Əziz Orucov ikinci dəfə həbs edildi. Həbs zamanı onun körpə qızının atasına sarılmasına 37-də həsəd apara bilər. Bu dəhşətli foto dövrə möhür vurdu.
"Abzas Media"dan yeni-yeni gənclər istintaqa cəlb edilir. Bir həftə ərzində 6 jurnalist (Ülvi, Sevinc, Məhəmməd, Nərgiz, Əziz, Rüfət) hamısı da cavan-cavan uşaqlar, vətənpərvər adamlar, sözünə, peşəsinə hörmətlə yanaşan, cəmiyyətin ağrısını ifadə edən mətbuat nümayəndələri.
Vəndamda da Qəbələ polisləri özlərini Van Damm kimi aparır. Basıb 12 yaşlı uşağı xubluca döyüblər. Milli müqavimətçi Rza Səfərsoyun evindən də silah çıxarıblar.
Müsavat Partiyasının gənclər təşkilatının fəallarından olan Orxan Hacılı (partiyanın başqanı Arif Hacılının oğlu) gecikmiş tarixə peyda olan zərərdidənin şikayəti ilə həbsə alındı, Xalq Cəbhəsi fəalı Rövşən Həşimlini də mülki geyimlilər axtarır.
Ölkədə ümumi mənzərə belədir: nə deyəsən, nə danışasan...