Lotereya oyunlarının cəmiyyətə təsiri: öncə əyləncə, sonra asılılıq...

Lotereya oyunlarının cəmiyyətə təsiri: öncə əyləncə, sonra asılılıq...

26-08-2023 02:23 / Bu xəbər 1295 dəfə oxundu

Lotereya, qalibləri müəyyən etmək üçün nömrələrin çəkildiyi bir qumar oyunu növüdür. 

Mükafatlar kiçik əşyalardan tutmuş böyük pullara qədər dəyişir.

"Bizimxeber.az" yazır ki, ölkəmizdə dövlət lotereyaları qanuniləşdirilib və müxtəlif tənzimləmə dərəcələri altında fəaliyyət göstərir. Lotoreya bir çox insanlar üçün geniş şəkildə qəbul edilən istirahət, əyləncə formasıdır, lakin o, həm də asılılıq mənbəyi hesab olunur. 

Qərarların verilməsi və digər məqsədlər üçün püşkatmaların uzun tarixə malik olmasına baxmayaraq, müasir lotereyalar qumara əsaslanır. 

Lotereya oyunları artıq Azərbaycanda da son dərəcə populyardır və hər il milyon manatlarla çox gəlir gətirir. Bu, ölkənin ən gəlirli bizneslərindən birinə çevirilir. 

Azərlotereya...

Azərbaycanda rəsmi lotoreya oyunları, bilet satışını həyata keçirmək üçün rəsmi fəaliyyət göstərən yeganə şirkət "Azərlotereya"dır. Bu şirkətin fəaliyyəti barədə rəsmi saytlarında müəyyən məlumatlar var. Amma saytın hesabatlar bölməsi xüsusilə diqqətçəkəndir. 

2021 və 2022-ci il üçün hazırlanan maliyyə hesabatının auditini eyni şirkət həyata keçirib. 

Gəlirlər və xərclər bölümü isə sözün əsl mənasında şok rəqəmlərlə yadda qalır. 

2021-ci ilin hesdabatında qeyd olunur ki, bu il ərzində 44 milyon manata yaxın xalis gəlir əldə olunub. 

Reklam və Marketinqə 900 min manata yaxın vəsait xərclənib. 

2020-ci ildə isə Reklam və marketinqə 75 min manat xərclənib.

Həmçinin 2022-ci ilin maliyyə hesabatlarına diqqət etdikdə görürük ki, 258 milyon manatdan çox gəlir əldə olunub. Bu 2021-ci illə müqayisədə 5 dəfə çoxdur. 

2022-ci ildə isə "Azərlotereya" ASC reklama 12 milyon manata yaxın vəsait xərcləyib. Lakin bu illər ərzində nə təhsilə, ətraf mühitin qorunması üçün layihələrə, gənclərin inkişafına və lotoreyanın asılılıq yaratması ilə bağlı bir manat da olsun vəsait ayrlmayıb. Hansı ki bütün dünyada lotoreya oyunlarından gələn gəlir məhz bu istiqamətlərə yönləndirmək amacı daşıyır.

Reklam və marketinq işlərinə ayrılan vəsaitə bir daha diqqət çəkək. 

2021-2022-ci illərdə Azərlotereya ASC 13 milyon manatı reklama ayırıb. Bu sözün həqiq mənasında böyük rəqəmdir və məqsəd lotoreya satışını məqsədli şəkildə bazara salmaq və hər kəsin oyununa çevirmək istəyidir. 

Əslində məhsulun reklamına böyük vəsait ayırmaq hər bir şirkətin prioritetidir. Amma bu lotoreya həm də asılılıq yaradan bir oyun növüdür və  həssas məsələdir. Əgər şirkət reklama 13 milyon manat vəsait ayırırsa, o zaman ziyanlı tərəfləri üçün də hansısa platforma düşünməli idi ki, cəmiyyət hələ də bunun şahidi olmayıb.

"Azərlotereya"nın rəsmi saytının əsas hissəsi yenə lotoreyalar, uduşlar və sair şirnikləndirici oyunlarla bəzədilib. Yalnız saytın ən sonunda güclə görünən "Məsuliyyətlə oyna" bölməsi var ki, faktiki olaraq təsirsizdir. Çünki görünmür, diqqətçəkən yerdə deyil.

Cəmiyyətə təsir nəzərə alınırmı?

Bu oyunların cəmiyyətə təsirini nəzərə almaq lazımdır. Lotereya oyunları ümumilikdə cəmiyyət üçün zərərli olmaqla yanaşı, həm də dövlət gəlirlərindən asılılıq yarada bilər ki, bu da bir sıra problemlərə səbəb olur.  İnsanların hər il lotereya biletlərinə milyonlarla manat xərcləməsinə baxmayaraq, bu oyunların fərdlərə sərvət üçün qeyri-real və yalançı ümid hissi verməkdən başqa bir iş gördüyünə dair heç bir sübut yoxdur. 

İnsanlar rasional deyillər, ona görə də onlar qazanacaqları ehtimala məhəl qoymur və bunun əvəzinə reklamlarda göstərilən böyük cekpotlara diqqət yetirirlər. Nəticə insanların əksəriyyətinin bir gün varlanacaqlarına inandığı və bir çox insanın böyük udmaq ümidi ilə risk almağa və sərmayə qoymağa hazır olduğu bir mədəniyyətdir.

Lotereya oyunlarının bu qədər populyar olmasının bir sıra səbəbləri var.

Birincisi, insana xas qumar arzusu var. Qazanmaq istəyi həmişə insan həyatında mühüm həvəsləndirici qüvvə olub və lotereya sənayesi bu həqiqəti yaxşı bilir. Onlar heç bir səy göstərmədən böyük qazana biləcəyiniz konsepsiyasını təbliğ edərək bu davranışı təşviq edirlər.

Əslində lotereyaların populyarlığının digər səbəbi insanların dövlətə külli miqdarda pul qazandırmaq istəyindən irəli gəlməlidir. Vətəndaş lotereya alıb oynayan zaman düşünməlidir ki, udmasam mənim xərclədiyim pul dövlətə gedir və bu vəsaitlər daha sonra müxtəlif məqsədlər üçün istifadə edilir. Yollar təmir edilir, sosial müavinətlərin məbləği artırılır, məktəblər təmir olunur, uşaq bağçaları salınır, sosial layihələr həyata keçirilir və sairə... Bir sözlə, onun pulu hansısa xeyirli layihəyə xərclənir. Elə isə bizdə real vəziyyət necədir? Araşdırmalar zamanı ortaya çıxan faktlar bunu deyirmi? 

İnsanların lotereya biletlərinə xərclədikləri pulun məbləği qurumların investisiyaları müqabilində dövlətdən aldıqları puldan qat-qat artıqdır.
 
2022-ci ildə "Lotereyalar haqqında” və "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən, lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsi ilə İqtisadiyyat Nazirliyi də açıqlama yayaraq, xəbərdarlıq etmişdi

Bildirilirdi ki, lotereya və idman mərc oyunlarının reklamına dair tələblər "Reklam haqqında” Qanunla tənzimlənir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) "qumar oyunu” hesab edilir. 

Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların verilməsi, biletlərin satışı, iştirakla bağlı müvafiq əməliyyatları aparan şəxslərə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulur.

Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərini pozan şəxslər  qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.