Masallıda bir neçə kəndi su basıb -VİDEO-FOTOLAR

Masallıda bir neçə kəndi su basıb -VİDEO-FOTOLAR

04-12-2015 18:18 / Bu xəbər 2179 dəfə oxundu

Dekabrın 3-də hava şəraitinin kəskin pisləşməsi nəticəsində Masallı rayonunun Hacıtəpə kəndinin içindən keçən Ağ Qobu çayı məcrasından çıxıb. 

Ətraf kənd və qəsəbələrə xeyli ziyan vurub.

Arqument.Az xəbər verir ki, bu barədə sözügedən kəndin sakini Rüfət Baxışbəyli feysbukda məlumat yayıb. 

Onun sözlərnə görə, yağan yağışlardan sonra sözügedən çay daşaraq körpüləri, həyətyanı sahələri, evləri, tövlələri yuyub: "Su getdikcə artır. Səhər evindən çıxan kəndlilər evlərinə qayıda bilmirlər”. 

R.Baxışbəyli bildirib ki, bəndləşmə düzgün getmədiyindən problem bu həddə gəlib: "Çay vaxtlı-vaxtında təmizlənmir. Buna görə də yağış yağan kimi bütün evləri su basır”.

Arqument.Az