Prezidentə məktub yazdı: polisdən təhdid aldı - Bakıda

Prezidentə məktub yazdı: polisdən təhdid aldı - Bakıda

21-11-2015 14:35 / Bu xəbər 2640 dəfə oxundu

Zorakılığa məruz qalan xanım R.Usubovdan kömək istəyir...

Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69, mənzil 15-də  yaşayan Sevda Fətəli qızı Süleymanova  daxili işlər naziri Ramil Usubova müraciət edib.

Arqument.az-a danışan xanım bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları yaşadığı evə gələrək, onu zorla rəis Mirqafar Seyidovun qəbuluna aparmaq istəyirlər. 

S.Süleymanovanın sözlərinə görə, onu prezidentə etdiyi müraciətlə bağlı incidirlər: "Mən dəfələrlə özümün və ailə üzvlərimin hüquqlarının tapdalanmasına görə ölkə başıçısı İlham Əliyev cənablarına müraciət etmişəm. Ona görə də polislər məndən zorla izahat almaq istəyirlər ki, bir daha Prezidentə şikayət etməyim”. 

Sevda Süleymanova  daxili işlər naziri Ramil Usubovdan  xahiş edir ki, bu zorakılığa son qoysun.

Yazıdakı iddialarla bağlı rəsmi qurumların da mövqeyini dərc etməyə hazırıq.

Arqument.Az