Moldovada "yeraltı şəhər" - Orada İlham Əliyevin də kolleksiyası var

Moldovada

04-04-2018 10:07 / Bu xəbər 3318 dəfə oxundu

Moldovada yerləşən 140 km-lik yeraltı şəhər dünyanın 2-ci ən böyük şərab kolleksiyasına sahibdir.

1 milyon 300 min butulka olan kolleksiyada 300-dən çox şərab çeşidi var.

Kolleksiyada Azərbaycandan gətirilmiş 1956-cı ilə məxsus "Baian” adlı şərab saxlanılır.

Ən qədim şərab isə Yerusəlimdə istehsal olunmuş 1902-ci ilə aiddir. 

"Kaza” adlanan bu rəflərdə Putin, Merkel, Poroşenko kimi siyasətçilərə məxsus şərablar da var.

Azərbaycan prezidenti İlham Əliyev də 3 növ 123 şərabdan ibarət kazaya sahibdir.

Krikova şirkəti "şampan” adı ilə tanıdığımız şərab növünü də istehsal edir. 

Beş qadının çalışdığı bu şöbədə hər adam gün ərzində 30 mindən çox şəraba nəzarət edir.

Dünyanın birinci ən böyük şərab kolleksiyası da Moldovanın başqa "yeraltı” şirkətinə məxsusdur.

Toplum.Tv