Nazirin qardaşı ilə bağlı daha bir ilginc iddia

Nazirin qardaşı ilə bağlı daha bir ilginc iddia

09-09-2015 12:13 / Bu xəbər 2875 dəfə oxundu

Xəbər verdiyimiz kimi, bu il iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qətl hadisəsi törədilmişdi. Həmin qətl zamanı Bakı şəhər sakini, 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev odlu silahla qətlə yetirilmişdi.

Arqument.Az xəbər verir ki, yerli sakinlər R.Vəliyevin Eynulla Hacıyev adlı kənd sakini tərəfindən namus üstə öldürüldüyünü iddia edirdilər. Hadisə biznesmen Ramiz Vəliyevin Çiləgir kəndindəki villasında baş verib. Eynulla Hacıyev bu villada gözətçi, onun bacısı isə qulluqçu işləyirmiş. O, qətli də bacısının şərəfini qorumaq üçün törədib.

Daha sonra Eynulla Hacıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qusar rayon prokurorunun köməkçisi Anar Salehov Çiləgir kəndində baş verən qətl hadisəsini təsdiqləyib. Onun sözlərinə görə, faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb. 

Baş verən bu cinayətin motivi ilə bağlı isə indiyədək Prokurorluq da təfərrüatlı bir açıqlama yaymayıb.

Qeyd edək ki, gözətçi öz ailəsinin şərəfini qorumaq üçün R.Vəliyevi güllələdiyini bildirmişdi.
 
Amma mənbə bildirir ki, məsələdə şübhəli məqamlar var və Məmmədovun da bu hadisənin törədilməsində "əməli" az deyil. 

Məlumatda bildirilirdi ki, həmin şəxs nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub və qətl hadisəsi də nazirin qardaşının yanında baş verib. Hadisə vaxtı N.Məmmədov qudasının villasında istirahətdə edirmiş. Yayılan məlumatlarda bildirilirdi ki, gözətçi E.Hacıyev R.Vəliyevi güllələyəndə nazirin qardaşı da ruhi sarsıntı keçirib, onun hətta qorxudan dili tutulub. Onu əvvəlcə rayon xəstəxanasına, oradan Bakıya, daha sonra isə Türkiyəyə aparıblar. 

Bu hadisənin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, nə istintaqın gedişi, nə də nazirin qardaşının durumu ilə bağlı məlumat var. Bəzi məlumatlarda nazirin qardaşının da hadisə zamanı yaralandığı iddia olunur. Amma N.Məmmədovun harada olması, niyə ortaya çıxmaması ictimaiyyətdə suallar doğursa da, bu məsələ gizlədilir. Bəzi iddialara görə Nəriman Məmmədov hazırda da Türkiyədədir və durumu hələ də ağırdır. Bu hadisə isə Aynar Məmmədov hadisəsindən sonra Məmmədovların ikinci kariminal olayıdır ki, bu da hakim düşərgədə Məmmədovlara olan etimadı xeyli zəiflədib. Hadisə ilə bağlı araşdırmalarımız davam edir. 

Yazıda adıçəkilən şəxslərin də adını dərc etməyə hazırıq.

Arqument.Az