Niderland Ukraynaya 42, Danimarka 19 "F-16" verəcək

Niderland Ukraynaya 42, Danimarka 19

21-08-2023 17:45 / Bu xəbər 859 dəfə oxundu

Niderland və Danimarka F-16 qırıcılarını Ukraynaya təhvil vermək qərarını açıqlayıb. 

Bu barədə avqustun 20-də yerli mediada gedən xəbərlərdə yazılıb. 
 
Ukraynalı pilotlar və mühəndislərin artıq bu təyyarələrdən istifadə qaydalarını öyrənməyə başladığı bildirilir. 
 
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün Telegram-kanalında paylaşım edib. 
 
Məlumata görə, Danimarka gələn ilə qədər ilk F-16-ları Ukraynaya təhvil verməyi planlaşdırır. 
 
Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jesen deyib ki, ölkəsi və Niderlandın verdiyi F-16 qırıcı təyyarələrini Ukrayna yalnız öz ərazisində istifadə edə bilər. 
 
Nazir bildirib ki, bu texnika Kiyevə yalnız düşməni Ukrayna ərazisindən sıxışdırmaq üçün verilir. 
 
Razılaşmaya əsasən, Danimarka 19, Niderland isə Ukraynaya 42 "F-16” qırıcı təyyarəsi verəcək.