Nikol Paşinyan: "Ermənistan Azərbaycana təkliflər təqdim edib"

Nikol Paşinyan:

24-08-2023 12:50 / Bu xəbər 706 dəfə oxundu

"Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər verib”.

TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik", - o bildirib.