Paşinyan: "Yeni Konstitusiyaya ehtiyac var"

Paşinyan:

19-01-2024 16:36 / Bu xəbər 901 dəfə oxundu

"Konstitusiyaya düzəlişlər yox, yeni Konstitusiya lazımdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyaya ehtiyacın olduğunu deyib.

Baş nazir bu məsələnin geniş müzakirəyə çıxarılmasını vacib sayıb.

Bu barədə yanvarın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib.

Baş nazir bildirib ki, yeni Konstitusiya daha geniş müzakirə obyektinə çevrilməlidir: "Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var: Konstitusiyaya düzəlişlər yox, yeni Konstitusiya”.

Hökumət başçısı parlament idarəetmə modelini respublika üçün ən uyğun və "demokratik istəkləri nəzərə alan” sistem adlandırıb.

Onun sözlərinə görə, ciddi dəyişikliklərə ehtiyac yoxdur.

Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də referendumla qəbul edilib.

2015-ci ildə  referendum yolu ilə Konstitusiyaya dəyişikliklər həyata keçirilib.