Penitensiar xidmətə yeni rəis təyin olundu
10-07-2023 13:37 / Bu xəbər 799 dəfə oxundu
Ceyhun Hüseynovu Mirsaleh Seyidov əvəzlədi
Ceyhun Həsənov ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Bu barədə iyulun 10-da Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Mirsaleh Seyidov ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin olunub.
Ədliyyə general-leytenantı Ceyhun Həsənov 2016-cı ildən Penitensiar xidmətin rəisi vəzifəsini daşıyırdı.
Ədliyyə polkovniki Mirsaleh Seyidov Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb.
Mirsaleh Seyidov.
Foto: Azərtac
Mirsaleh Seyidovun adı bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılanda hallanmışdı.
Mehman Hüseynov 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı Əli Abdalova xəsarət yetirməkdə ittiham olunurdu.
Bloger ittihamın yalan və böhtan olduğunu bildirmişdi.
O vaxt M.Hüseynova qarşı yeni cinayət işi başlanıldı.
Bloger etiraz olaraq 10 gündən çox aclıq aksiyası keçirdi və onun aclıq aksiyasına geniş ictimai dəstək olub.
2019-cu ilin yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verdi.
Elə həmin gün də Mirsaleh Seyidovun kabinetində Əli Abdalovla bloger Mehman Hüseynovun barışması videosu yayıldı.