Avropa İttifaqından Qubad İbadoğlu ilə bağlı çağırış

Avropa İttifaqından Qubad İbadoğlu ilə bağlı çağırış

26-07-2023 21:44 / Bu xəbər 975 dəfə oxundu

Təşkilat partiya sədrini dərhal azad etməyə çağırır
 
"Avropa İttifaqı tanınmış alim və fəal Qubad İbadoğlunun həbsilə bağlı hadisələri diqqətlə izləyir".

Bu barədə Avropa İttifaqının beynəlxalq münasibətlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Nabila Massrali "Tvitter"də yazıb.

"Biz Azərbaycanı onu dərmanla təmin etməyə, təcili olaraq azad etməyə və hüquqlarına, o cümlədən müvafiq hüquqi prosedur hüququna hörmətlə yanaşmağa çağırırıq", - o  bildirib.