Qaçırılan 22 yaşlı alman qızın cəsədi tapıldı

Qaçırılan 22 yaşlı alman qızın cəsədi tapıldı

31-10-2023 10:12 / Bu xəbər 1022 dəfə oxundu

İsrail Xarici İşlər Nazirliyi (XİN) HƏMAS-ın oktyabrın 7-si ölkəyə hücumu zamanı qruplaşma üzvləri tərəfindən qaçırılan 22 yaşlı alman Shani Loukun həlak olduğunu açıqlayıb.
 
Bu barədə məlumatı İsrail XİN "X” hesabında paylaşıb. 

"Təəssüf hissi ilə bildiririk ki, Almaniya və İsrail vətəndaşlığı olan Shani Loukun cəsədi tapılıb və şəxsiyyəti müəyyən edilib. Shani musiqi festivalından qaçırılıb, işgəncələrə məruz qalıb və ağlasığmaz dəhşətlər yaşayıb”, - deyə məlumatda qeyd olunub.