Qarabağ döyüşçüsü: "Divarları yazdığım üçün mənə medal vermədilər..."

Qarabağ döyüşçüsü:

02-07-2021 14:59 / Bu xəbər 6127 dəfə oxundu

44 günlük İkinci Qarabağ müharibəsinin iştirakçısı Elçin Əhmədov Müdafiə Nazirliyinin diqqətsizliyindən narazıdır.

O deyir ki, Cəbrayıl, Hadrut, Xocavənd rayonları, Xocalının bir neçə kəndinin azad olunması, həmçinin Şuşa istiqamətlərdə gedən döyüşlərdə də iştirak edib. Amma ona heç bir fəxri ad və medalla təltif edilməyib. 

Elçin Əhmədov internat məktəbində oxuyub və döyüş bölgəsində də divarlara "Maştağa - 1 nömrəli internat məktəb" şüarı yazıb.

Könüllü əsgər nazirliyin bu addımına belə bir ironiya edib: "Divarları yazdığım üçün mənə medal vermədilər..."

Təfərrüatı "Səngər TV"də yayımlanan videosujetdən izləyin: