"Orbita” MTK-ya məxsus binada çat yarandı

18-04-2023 16:29 / Bu xəbər 3520 dəfə oxundu

Bakının Nizami rayonu, "Qara Qarayev” metrostansiyasının yaxınlığında "Orbita” MTK-ya məxsus binada çat yaranıb.

Bu barədə bloqer Saleh Nəsirov video paylaşıb.

Bildirilib ki, ərazidə kran işləyir.

Sosial şəbəkələrdə paylaşılan videoya şərh yazan istifadəçilər binanın yenidən yoxlanması üçün çağırış ediblər.

Şirkətin rəsmi saytındakı telefon nömrələrinə zəng edilsə də, cavab verilməyib.