Qoca Səmədov vəfat etdi

Qoca Səmədov vəfat etdi

06-12-2023 14:08 / Bu xəbər 1066 dəfə oxundu

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov dünyasını dəyişib.

Q.Səmədov DTX tərəfindən 2019-cu ildə həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin olunub.

Bu ilin iyulunda səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.

O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.