“Rusiya artıq Ermənistanın hərbi tərəfdaşı ola bilməz”

“Rusiya artıq Ermənistanın hərbi tərəfdaşı ola bilməz”

02-02-2024 15:51 / Bu xəbər 789 dəfə oxundu

"Ermənistan kiminlə hərbi əməkdaşlığı inkişaf etdirməli olduğunu anlamalıdır".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib: "Bundan öncə Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 %-i Rusiya ilə əlaqəli idi. İndi isə bu, obyektiv və subyektiv səbəblərdən mümkün deyil”.

Paşinyanın fikrincə, Ermənistan İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər quracağını həmçinin KTMT-də qalmaq istəyib-istəmədiyini aydınlaşdırmalıdır.