Rusiyada Xoşbəxtlik Nazirliyi yaradıla bilər

Rusiyada Xoşbəxtlik Nazirliyi yaradıla bilər

07-11-2023 00:19 / Bu xəbər 1433 dəfə oxundu

Federasiya Şurasının rəhbəri Valentina Matvienko Rusiyada Xoşbəxtlik Nazirliyinin yaradılmasını təklif edib.

O bunu "Bilik. Birinci" marafonunda müasir Rusiyada zamanın axarını dəyişən hadisələr haqqında mühazirə ilə çıxış edərkən deyib.

Matvienkonun qeyd edib ki, o, belə bir ideya haqqında düşünüb və təklif edib. 

Onun sözlərinə görə, Xoşbəxtlik Nazirliyinin vəzifəsi ölkədə qəbul edilən bütün qanunları yoxlamaq və onların vətəndaşları xoşbəxt edib-etmədiyini müəyyən etmək olardı: 

"Dərhal ümumbəşəri xoşbəxtlik qanununu qəbul edin. Bilirsiniz, mən xəyal edirəm və hətta təklif etdim: gəlin Rusiyada Xoşbəxtlik Nazirliyi yaradaq. Bütün qərarların və bütün qanunların qəbul olunacağı idarə bu və ya digər qanunun və ya hökumətin yeni qərarının insanları daha da sevindirib- sevindirməyəcəyinə qərar verəcək”.

"Hələlik mənim dəstək qrupum kiçikdir, amma əminəm ki, vaxt gələcək, biz Rusiyada Xoşbəxtlik Nazirliyi yaradacağıq", - Matvienko deyib.

2019-cu ildə Matvienko demişdi ki, Xoşbəxtlik Nazirliyi ideyası onda BƏƏ-yə səfəri zamanı yaranıb.