Səbuhi Məmmədli vəfat edib

Səbuhi Məmmədli vəfat edib

17-01-2024 02:44 / Bu xəbər 715 dəfə oxundu

Jurnalist Səbuhi Məmmədli vəfat edib.

Bu barədə oğlu Ramal Məmmədli məlumat yayıb. 

O bildirib ki, jurnalist hemodializ müalicəsi aldığı Yeni Klinikada vəfat edib.

Səbuhi Məmmədliyə kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub. 

Oğlunun sözlərinə görə, jurnalist sabah Ucarın Müsüslü kənd qəbiristanlığında dəfn ediləcək.

Səbuhi Məmmədli mediada əsasən də maraqlı reportajları və müəllif yazıları ilə tanınırdı.