Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu

Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu

25-08-2023 18:37 / Bu xəbər 977 dəfə oxundu

"AİK Qrup” MMC-nin rəhbərinin ölkədən çıxışı məhdudlaşıdırılıb. 

Valyuta.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva ilə bununla bağlı qətnamə çıxarıb.

İş materiallarından məlum olur ki, şirkətin 21 980,27 AZN vergi borcu var. 

Şirkət borcu ödəməkdən yayındığına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi xüsusi icraat növündə məhkəməyə ərizə ilə müraciət edib. 

Hakim Aytən Əliyeva da ərizəni təmin edib. 

"AİK Qrup” MMC 5 iyun 1998-ci ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 20 AZN-dir. 

Şirkətin qanuni təmsilçisi Mehdiyeva Nailə Əsəd qızıdır.