Şirkətinin əlindən alındığını deyən təsisçi məhkəməyə üz tutdu

Şirkətinin əlindən alındığını deyən təsisçi məhkəməyə üz tutdu

30-06-2020 13:36 / Bu xəbər 1424 dəfə oxundu

"İdeal Kompani” MMC-nin hüquqi varisi olan  "Adore Kompani”yə qarşı təsisçisi  iddia qaldırıb.

Banker.az xəbər verir ki, "İdeal” ilə "Sabina” parfurmeriya və kosmetika mağazalarının birləşməsindən sonra adını dəyişəcək "Adore Kompani” MMC-ə qarşı İlqar İsmayıl oğlu İsmayılov iddia qaldıraraq mənfəətin  iştirakçılar  arasında  bölüşdürülməsi  ilə  bağlı  təsisçilərin ümumi  yığıncağının  keçirilməsi  öhdəliyinin  qoyulması  barədə  iddia  ərizəsi  ilə Bakı Kommersiya Məhkəməsinə müraciət  edib.

"İdeal Kompani”ın keçmiş baş direktoru, həmçinin təsisçisidir İlqar İsmayılov barəsində 2017-ci ildə cinayət işi başlanıb, həbs edilmişdi. O, bu şirkətdə 18 il baş direktor vəzifəsində olub. 

Azadlığa çıxdıqdan sonra "Premium Bank” (əvvəlki Silk Vey Bank) və şirkətinin hüquqi varisi olan "Adore Kompani”yə qarşı sosial şəbəkədəki imkanlardan istifadə edərək, onun adına qanunsuz kredit müqavilələri bağlandğını iddia etmişdi. 

Əsas iddiası isə şirkətinin onun əlindən zor və dələduzluqla alındığını iddia etmədir. Lakin, qarşı tərəf "Premuim Bank” və "Adore Kompani” tərəfindən bu iddialara heç bir rekasiya olmayıb.

Şirkət təsisçisi hələ də bu şirkətlə mübahisəsini dayandırmayıb.