Süleymaninin ölümünün ildönümü yürüşündə partlayış olub, ölənlər var

Süleymaninin ölümünün ildönümü yürüşündə partlayış olub, ölənlər var

04-01-2024 01:29 / Bu xəbər 933 dəfə oxundu

İranın xəbər agentlikləri azı 188 nəfərin yaralandığını bildirib

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds Qüvvələrinin keçmiş komandanı Qasim Süleymaninin ölümünün ildönümü qeyd edilərkən 2 partlayış baş verib.

Hadisə generalın dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda olub.

İran dövlət mediasının yaydığı məlumata görə, məzarlığa yürüş edənlər arasında azı 103 nəfər ölüb, onlarla insan yaralanıb.

"Reuters” İranın yarırəsmi "Nournews” saytına istinadən yazır ki, qəbiristanlığa gedən yolda bir neçə qaz balonu partlayıb.

İran dövlət mediası yerli rəsmiyə istinadən bildirib ki, "partlayışların qaz balonu və ya terror aktı nəticəsində baş verdiyi hələ aydın deyil”.

Dövlət televiziyası Qırmızı Aypara xilasedicilərinin mərasimdəki yaralılara yardım etdiyini göstərib. İranın bəzi xəbər agentlikləri azı 188 nəfərin yaralandığını bildirib.

Kerman əyalətinin Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Rza Fallah dövlət televiziyasına deyib: "Bizim sürətli cavab qruplarımız yaralıları təxliyə edir… Amma yolları bağlayan izdiham dalğaları var”.

2020-ci il, yanvarın 3-də ABŞ İraqda pilotsuz təyyarə ilə İnqilab Keşikçiləri Quds Qüvvələrinin lideri Süleymanini öldürüb. 

Vaşinqton Süleymanini ABŞ-ın bölgədəki ABŞ qüvvələrinə istiqamətli hücumlarını təşkil etməkdə günahlandırırdı.