Türkiyə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib

Türkiyə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib

26-10-2023 12:40 / Bu xəbər 1201 dəfə oxundu

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən qanun layihəsini imzalayıb. 

Türkiyə xəbər verir ki, parlamentin spikeri qanun layihəsini imzalayandan sonra baxılması üçün Xarici Əlaqələr Komitəsinə təqdim edib.

Qanun layihəsinin əsaslandırmasında qeyd olunur ki, İsveç artıq NATO-ya daxil olmuş Finlandiya ilə birlikdə üzvlük üçün birgə ərizə verməzdən əvvəl də alyansla hərtərəfli və çoxşaxəli əməkdaşlıq həyata keçirib.

Oktyabrın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalayıb və ratifikasiya üçün ölkə parlamentinə göndərib.

İsveç və Finlandiya 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. Finlandiya bu ilin aprelində alyansa qəbul edilib, amma Türkiyə İsveçin üzvlüyünə mane olub. 

Ankara İsveç hakimiyyətindən terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməyi, xüsusən də PKK-ya dəstək verməkdən imtina etməyi tələb edirdi. 

İsveçin NATO-ya daxil olması Macarıstan tərəfindən də təsdiqlənməlidir.