Türkiyədə ölənlərin sayı 12 min nəfəri keçib

Türkiyədə ölənlərin sayı 12 min nəfəri keçib

09-02-2023 11:28 / Bu xəbər 821 dəfə oxundu

Türkiyə Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyi bildirib ki, Türkiyə və Suriyada baş verən fəlakətli zəlzələ nəticəsində ölənlərin sayı 15.000-dən çox insana çatıb.

Zərər çəkmiş ərazidəki dağılmış evlərin dağıntılarından yeni cəsədlər çıxarılır.

Agentlik bildirib ki, bazar ertəsi səhər erkən zəlzələ və Türkiyənin cənub-şərqindəki minlərlə binanı dağıdan bir sıra yeraltı təkanlar nəticəsində Türkiyədə 12 391 nəfərin öldüyü təsdiqlənib.

Suriyada sərhədin digər tərəfində daha 2902 nəfərin öldüyü bildirilir.

Fevralın 6-da Türkiyənin cənub şərqində 7,7 bal gücündə zəlzələ baş verib. 

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə hal elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Bu ölkədə isə azı 2 min nəfərin öldüyü açıqlanıb. Dağıntılar altında qalanlar var.

Bu ölkədə də onlarla şəhər ziyan görüb. 

Bir neçə il öncəyədək ağır döyüşlərin getdiyi Hələbdə vəziyyət xüsusilə ağırdır.

UNESCO-nun Dünya İrsi siyahısında olan Hələb qalasına da ziyan dəyib.

Dünya Səhiyyə Təşkilatının (DST) rəsmiləri ölü sayının 20 minə çata biləcəyi haqda xəbərdarlıq edib.

DST-nin hesablamasının görə, təbii fəlakət zonasında 23 milyona yaxın əhali yaşayır və bu fəlakət onların hamısına təsir edəcək.