Ukrayna Rusiyanın 17 dronunu vurub

Ukrayna Rusiyanın 17 dronunu vurub

18-03-2024 17:22 / Bu xəbər 765 dəfə oxundu

Ukrayna hərbçilərinin bazar ertəsi bildirdiyinə görə, Rusiyanın keçən gecə ölkə boyu hücumlarında istifadə etdiyi 22 pilotsuz təyyarədən 17-ni vurub.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın hücumlarına Ukrayna-Rusiya sərhədi boyunca yerləşən Xarkiv bölgəsini hədəf alan 5 raket və qonşu Sumı bölgəsini hədəf alan digər 2 raket hücumunun da daxil olduğunu bildirib.

Ən çox pilotsuz təyyarələrdən istifadə edilib və Ukrayna hərbçiləri onların Kyiv, Poltava, Xmelnitski, Çerkassı, Kirovohrad, Dnepropetrovsk, Vinnitsa, Zaporijye və Rivne vilayətləri üzərində vurulduğunu bəyan edib.

Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak dron hissələrinin yaşayış binasının damına düşdüyünü və yanğına səbəb olduğunu bildirib.

Kirovohrad vilayətinin qubernatoru Andrey Raykoviçin sözlərinə görə, pilotsuz təyyarə hücumu vilayətdəki yaşayış binalarına və sənaye obyektlərinə də ziyan vurub.

Rusiya Prezidenti Vladimir Putin bazar günü deyib ki, onun qüvvələri Ukraynada döyüş meydanında üstünlüyə malikdir və Rusiya ərazisinə hücumların qarşısını almaq üçün Rusiya qüvvələrinin sərhədin Ukrayna tərəfində bufer zonası yaratması lazım ola bilər.

Putin bu açıqlamaları Ukraynanın pilotsuz uçuş aparatının Rusiya neft emalı zavoduna ən son zərbəsi və beynəlxalq aləmdə nüfuzdan düşmüş seçkilərdə Putinin yeni altı illik müddətə seçilməsindən sonra edib.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü deyib: "Rusiyanın Ukraynanın işğal olunmuş ərazisində atdığı hər addım cinayətdir".

Risiyanın bildirdiyinə görə, Ukraynanın Rusiya ərazisinə buraxdığı 35 pilotsuz uçuş aparatı neft emalı zavodunda qısamüddətli yanğına səbəb olub, Moskvanı hədəf alıb və sərhəd bölgələrində elektrik enerjisi təchizatına ziyan vurub.

Rusiya Müdafiə Nazirliyi bazar günü Telegram kanalında Ukraynanın buraxdığı pilotsuz təyyarələrdən 17-sinin Krasnodarın cənub bölgəsində, 4-nün Moskva vilayətində, qalanlarının isə 6 region üzərində məhv edildiyini bildirib.

Belqorod vilayəti qubernatorunun bildirdiyinə görə, Ukraynanın atəşi nəticəsində bölgədə bir nəfər ölüb, 11 nəfər yaralanıb. 

Vilayətin qubernatoru Vyaçeslav Qladkov bazar günü bildirib ki, Ukraynanın atdığı mərminin sərhəd bölgəsindəki evi alovlandırması nəticəsində 16 yaşlı bir qız ölüb.