Vəkil Kollegiyanın önündə özünü yandırdı

Vəkil Kollegiyanın önündə özünü yandırdı

01-01-2024 23:39 / Bu xəbər 925 dəfə oxundu

O, aldığı yanıq xəsarətlərindən ölüb

Vəkil Zaur Məmmədov intihar edib. Hadisə yanvarın 1-də axşam saat 19.00 radələrində paytaxtın Ceyhun Hacıbəyli küçəsində – Vəkillər Kollegiyasının binası qarşısında baş verib.

Salyan rayon Vəkil Bürosunun üzvü olan Zaur Məmmədov üstünə benzin tökərək, özünü yandırıb. 

O, aldığı yanıq xəsarətlərindən ölüb.

Hazırda polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerindədir.

Zaur Məmmədovun 5 ildir ki, vəkil fəaliyyətilə məşğul olduğu bildirilir.