Yadigar Sadıqovdan aclıq aksiyası keçirənlərə çağırış

Yadigar Sadıqovdan aclıq aksiyası keçirənlərə çağırış

18-05-2015 14:17 / Bu xəbər 1050 dəfə oxundu

Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov aclıq aksiyası keçirən müsavatçılara və siyasi fəallara çağırış edib. 

Arqument.Az xəbər verir ki, bu barədə Müsavat başqanının müavini Elman Fəttah məlumat yayıb. 

"İndicə Yadigar Sadıqovla danışdım. Müsavat Partiyasının siyası məhbuslara azadlıq tələbilə başlatdığı aclıq aksiyasını yüksək qiymətləndirdiyini, aclıq edən dostlara bu fədakarlıqlarına görə təşəkkür etdiyini, onları aclıq aksiyasını dayandırmağa çağırdığını bildirdi", - deyə Elman Fəttah bildirib.

Qeyd edək ki, 7 gündür Müsavat Partiyasının bir qrup üzvü "Siyasi məhbuslara azadlıq!" tələbilə aclıq aksiyası keçirir. 


Arqument.Az