Zelenski Britaniyada təlim keçən ukraynalı əsgərlərlə görüşəcək

Zelenski Britaniyada təlim keçən ukraynalı əsgərlərlə görüşəcək

08-02-2023 13:15 / Bu xəbər 1033 dəfə oxundu

Ukrayna Prezidenti Zelenski bu gün Böyük Britaniyaya səfərə gedir.

UKrayna mediası yazır ki, Zelenski Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşəcək.

Onun Britaniya parlamentində çıxışı gözlənilir.

Zelenskinin həmçinin bu ölkədə təlim keçən ukraynalı əsgərlərlə görüşəcəyi bildirilir.

Siyasi şərhçi Şahin Cəfərli deyir ki, Britaniya hökumətinin səfərlə bağlı açıqlamasında önəmli məqam var. 

Bildirilir ki, həyata keçirilən hərbi təlim proqramı genişləndiriləcək və proqrama ukraynalı pilotlara təlim verilməsi də daxil ediləcək.

Ukraynalı pilotlara hansı döyüş təyyarəsində təlim keçiləcəyi açıqlanmayıb. 

"Lakin məlumdur ki, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin sərəncamında olan əsas döyüş təyyarəsi 4-cü nəsil "Eurofighter Typhoon"dur", - deyə o bildirib.