"1 dollar 2 manat olacaq" - Ekspertlərdən anons

15-12-2016 18:01 / Bu xəbər 3529 dəfə oxundu

"Yaxın müddətdə 2 manat 1 dollar hədəfinə doğru ucuzlaşa bilər”

Bunu Toplum Tv-yə REAL-ın içraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli, FED uçot dərəcələrinin artımının manata  təsirini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda qiymətli kağızlar bazarı, valyuta birjası olmadığı üçün FEDİ-i qərarı birbaşa təsir göstərməyəcək, amma dolayı yollarla çox böyük təsiri olacaq:
 Картинки по запросу Natiq Cəfərli
"Dolların dünya üzrə bahalaşması əsas ticarət tərəfdaşlarımız olan ölkələrdə manata ciddi təsir göstərməyə başlayır. Həm də valyutaların ucuzlaşması üçün psixoloji zəmin yaradır və manatın ucuzlaşması sürətlənir. Çox güman ki, yaxın günlərdə  Azərbaycan manatının daha sürətlə dəyərdən düşməsinin şahidi olacağıq. Kəskin devalivasiyanın olması ehtimalı çox aşağıdır, çünki iki kəskin devalivasiyadan sonra ölkə iqtisadiyyatı və bank sektoru tamamilə iflic vəziyyətinə düşüb. Ona görə də düşünmürəm ki, Mərkəzi Bank və hökumət bir gecəlik kəskin evalivasiyalara getsin. Amma hər gün manatın dəyərdən düşməsi mexanizmi ilə yaxın müddətdə 2 manat 1 dollar hədəfinə doğru uçuzlaşa bilər. Bu ehtimal çox yüksəkdir”.

Azərbaycan Banklar Assosiasiyasının direktoru Zakir Nuriyev isə bildirib ki, Azərbaycan manatı Federal Ehtiyatların Sisteminin faiz dərəcəsi ilə birbaşa bağlı deyil:
 Картинки по запросу Azərbaycan Banklar Assosiasiyasının direktoru Zakir Nuriyev
"Təbii ki, faiz dərəcəsini artımı, digər ölkələrin, yəni əsasən iqtisadiyyatları Amerika dollarına bağlı olan ölkələrdə özünü kəskin biruzə verəcək. Azərbaycan manatının məzənnəsinə isə FED-in qiymətinin qaldırılmasının birbaşa və yə hər hansısa kəskin təsiri olmayacaq. Dolayı yolla isə bizim ticarət partnyorlarımızda baş verən proseslərin manatın məzənnəsinə təsiri ola bilər”. 

İqtisadçı ekspert Qubad İbadoğlu isə əlavə edib ki, bu qərarın psixoloji təsirləri olacaq:
 Картинки по запросу Qubad İbadoğlu arqument.az
"Psixoloji təsirlər ondan ibarətdir ki, valyuta bazarında müəyyən ajiotaj yaranacaq. Məlumata görə bir çox banklar da dollar satmaqdan imtina edirlər. Bu bütövlükdə ABŞ dollarının hökmran mövqeyinin daha da güclənməsini möhkəmləndirəcək. Ona görə də hamı dollara investisiya qoymaq istəyir. Bu baxımdan təsirlər var. İqtisadi təsirlər isə dolayı və birbaşa yollarla ola bilər. Azərbaycan Dövlət Neft Fondunun 47.6 faizi dollarla saxlanılır. Yəni burada artıq müsbət təsirlərdən danışmağa təkan verir. Eyni zamanda təxminən 25 faizi Amerika Birləşmiş Ştatları bazarındadır və ABŞ bazarında baş verən pozitiv dəyişikliklərdən Dövlət Neft Fondu da yararlana bilir. Azərbaycanın yerləşdiyi coğrafi məkanla da bağlı təsirlər var. Azərbaycanın ticarət əməkdaşı Rusiya və Türkiyədir. Onların milli valyutasında baş verən dəyişikliklər də onları ticarət münasibətlərinə təsir göstərə bilər”.
Похожее изображение
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası 2016-cı ildə ilk dəfə olaraq baza faiz dərəcəsini 0,25-0,5-dən 0,5-0,75 faizədək artırmaq barədə qərar qəbul edib. Bu barədə FES-in məlumatında bildirilir. Sonuncu dəfə faiz dərəcəsi 2015-ci ilin dekabrında artırılıb.

Gülzar N. Məmmədli