188 nömrəli evakuator xidmətinin əməkdaşı: “Heç bilirsiniz bu şirkət kimindir? (FOTO)

188 nömrəli evakuator xidmətinin əməkdaşı: “Heç bilirsiniz bu şirkət kimindir? (FOTO)

11-01-2020 17:22 / Bu xəbər 303 dəfə oxundu

Gənc şair, prezident təqaüdçüsü Tural Balabəylinin avtomobili əzilib.

Hadisə ötən gün günorta saatlarında Xətai rayonu Sarayevo küçəsində yol hərəkəti qaydasının kobudcasına pozulmsı halı qeydə alınıb.

Bu barədə müstəqil.az saytı məlumat yayıb. 

Xəbərdə deyilir ki, 188 nömrəli evakuator xidməti ilə məşğul olan 90 VL 630 nömrəli maşını düzgün olmayan dönmə əməliyyatı keçirdiyi zaman  gənc şair, AYB-nin üzvü, prezident təqaüdçüsü, müstəqil.az saytının redaktoru  Tural Balabəylinin (Səfərli Tural Faiq oğlu) idarə etdiyi 90 ZR 874 dövlət nömrə nişanlı "Hunday Aksent” markalı avtomobil ciddi xəsarət alıb.

Evakuator xidməti avtomobilinin sürücüsü gənc şairə qarşı kobudluq edib və Yol Patrul Xidmətinin əməkdaşlarını gözləmədən hadisə yerini tərk edib.

Xətai rayon Polis idarəsinin Dövlət Yol Polis idarəsinin əməliyyatşısı, polis kapitanı Polad Xəlilov T. Balabəylinin müraciətindən sonra hadisə yerində olub və yaxınlıqdakı kameralardan görüntüləri əldə edib.

Polis kapitanı dəflərlə 188 nömrəli evakuator xidmətinə telefon açsa da Tamella adında dispetçer xanım, bu haqda rəhbərliyə müraciət edəcəklərini, indilərdə isə onları narahat etməməyi məsləhət görüb.

Tural Balabəylinin atası, müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli bildirib ki, oğlu dəfələrlə 188 nömrəli evakuator xidmətinə telefon etsə də, şikayətinə məhəl qoyulmayıb. Üstəlik xidmətin əməkdaşları hədə-qorxu gəlib:

"Dəstəyi qaldıran Tamella xanım Turala bu haqda rəhbərliyə müraciət edəcəyini, ona qədərsə onları narahat etməməyi məsləhət görüb. İkinci dəfə dəstəyi qaldıram xanım isə özünü təqdim etmədən "Siz bilirsiniz bu şirkət kimindir? Özünüzü zibilə salmayın. Bir hadisədi, olub, olub da”, - deyib.

188 nömrəli evakuator xidmətinin disprtçer xidmətinə xatırlatmaq istəyirik ki, Azərbaycan Respublikasının qanunlarına hörmət etmək bu ölkənin bütün vətəndaşlarının borcudur. İnanırıq ki, Dövlət Yol Polisi yetkililərinin işə müdaxiləsindən sonra haqq-ədalət yerini tapacaq.