Ağdaş polisi icra başçısının iclasında məmuru həbs etdi - Zərdabda

Ağdaş polisi icra başçısının iclasında məmuru həbs etdi - Zərdabda

26-06-2016 14:23 / Bu xəbər 1279 dəfə oxundu

Ağdaş Polis Şöbəsinin əməkdaşları Zərdabda əməliyyat keçirdilər; icra nümayəndəsi Əşrəf İbrahimovu icra başçısının iclasından apardılar 

Zərdab rayonunda indiyə qədər baş verməyən hadisə qeydə alınıb. 

Jam.az xəbər verir ki, dünən rayon İcra Hakimiyyətinin binasında keçirilən iclas zamanı Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları içəri daxil olaraq, icra nümayəndələrindən birinin qoluna qandal vuraraq, aparıblar. 

Rayondan verilən məlumata görə, həbs olunan məmur Zərdab rayonunun Bıçaqçı kəndinin icra nümayəndəsi Əşrəf İbrahimovdur. Maraqlıdır ki, bu əməliyyat İcra Hakimiyyətinin binasında dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar iclas zamanı keçirilib. Əşrəf İbrahimovun hansı səbəbdən həbs olunması hələlik məlum deyil. 

Arqument.Az