Avropa Hərəkatı 2017-ci ili "Həmrəylik ili" elan etdi

Avropa Hərəkatı 2017-ci ili

10-02-2017 18:06 / Bu xəbər 1629 dəfə oxundu

"Vətəndaş – dövlət həmrəyliyinə böyük ehtiyac var"

Azərbaycan Avropa Hərəkatı 2017-ci ili Həmrəylik ili elan edib. 

Bu barədə qurumdan Arqument.Az-a daxil olan bəyanatda bildirilir.

Bəyanatı təqdim edirik:
 
"Dünya bazarında neftin qiymətinin düşməsi, baş verən qlobal proseslər nəticəsində inkişaf etməkdə olan ölkələr, o cümlədən vətənimiz Azərbaycan iqtisadi çətinliklər yaşamaqdadır. 

Vətəndaşların psixoloji depresiyası İqtisadi çətinliyin böhrana çevrilməsinə səbəb olur. İslahatlara keçid dönəmi, xüsusən, iqtisadi yerdəyişmələr insanlara qorxulu yenilik kimi görünür. Bu məqamda maarifləndirmə və pozitiv əhval ruhiyyə yaratma tədbirləri olduqca vacibdi. 

Bu səbəbdən də biz Azərbaycan Avropa Hərəkatı olaraq hesab edirik ki, hazırkı durumdan çıxış üçün vətəndaş – dövlət həmrəyliyinə böyük ehtiyac var. Buna nail olmaq üçün 2017-ci ili Həmrəylik ili elan edir və il boyu bu istiqamətdə  işlər görməyi düşünürük:

1. Vətəndaşlarda  pozitiv əhvalı  artırmaq üçün ilboyu tədbirlər keçirmək.
2. Dünyada yaşayan azərbaycanlıları milli məsələlər uğrunda proseslərə cəlb etmək.
3. Dövlət tərəfindən həyata keçirilən islahatların düzgün izahını vermək üçün maarifləndirmə işləri həyata keçirmək.
4. Beynəlxalq qurumlar qarşısında Azərbaycan həqiqətlərini qaldırmaq.
5. İş adamlarını stimullaşdırmaq və ölkəyə investisiya cəlbinə nail olmaq.
6. Vətəndaş Cəmiyyəti İnstitutlarının vətəndaşlar arasında aparılacaq təbliğat prosesinə cəlb etmək.
7. Bütün tərəflərin barış içində olması və dialoq müstəvisində danışması üçün təşəbbüslər göstərmək".

Arqument.Az