AXCP üzvünə 15 sutka həbs verilib
07-03-2019 19:06 / Bu xəbər 1153 dəfə oxundu
Xətai Rayon Məhkəməsi martın 6-da AXCP üzvü Nicat Abdullazadə haqda 15 sutka inzibati cəza verilməsi ilə bağlı qərar verib.
Məlumatı Meydan TV-yə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn verib.
O deyib ki, Nicat Abdullazadəni xəstəxanada olan cəbhəçi Xəlil Hüseyni ziyarət edərkən saxlayıblar:
"Ona İnzibati Xətalar Məcəlləsinin 531.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi üzrə ittiham kimi irəli sürüblər”.