AXCP üzvünün şikayəti təmin edilməyib

AXCP üzvünün şikayəti təmin edilməyib

11-02-2019 16:27 / Bu xəbər 266 dəfə oxundu

Fevralın 11-də Sumqayıt Apelyasiya Məhkəməsi 30 sutka inzibati həbsə məhkum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şamaxı rayon təşkilatının sədri Zahir Məmmədlinin apelyasiya şikayətini təmin etməyib.

AXCP-nin məlumatına görə, müdafiə tərəfi Zahir Məmmədlinin barəsində inzibati həbs qərarının əsassız sayılması və sərbəst buraxılması barədə şikayət verib.

Məlumatda deyilir ki, məhkəmə prosesində iştirak etmək üçün Sumqayıt Apllyasiya Məhkəməsinin qarşısına gələn AXCP fəallardan bir neçə nəfər Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb. Saxlanılanlar iki saatdan sonra sərbəst buraxılıb.

Zahir Məmmədli fevralın 5-də Şamaxı şəhərində (Bakıdan 120 kilometr qərb) saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini (polisin qanuni əmrinə tabe olmamaqda) pozmaqda ittiham edilib.

AXCP-nin məlumatına görə, yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqlə bağlı indiyədək 50-yə yaxın partiya fəalı saxlanılıb.