Azərbaycan ordusu əsgər itirdi

Azərbaycan ordusu əsgər itirdi

21-07-2018 17:15 / Bu xəbər 1536 dəfə oxundu

İyulun 21-də Azərbaycan ordusunun əsgəri Alışov Səməd Anar oğlu həlak olub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, o, Ermənistanın  atəşkəs rejimini pozulması nəticəsində şəhid olub.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb.

Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.