Azərbaycanda bir gündə daha 1445 nəfər inzibati məsuliyyətə cəlb edilib

Azərbaycanda bir gündə daha 1445 nəfər inzibati məsuliyyətə cəlb edilib

09-04-2020 16:07 / Bu xəbər 979 dəfə oxundu

İnzibati məsuliyyətə cəlb edilənlərin sayı artır

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.04.2020-ci il saat 00:00-dan 09.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barəd Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.