Bakıda piyadanı öldürən polkovnik-leytenant imiş
27-02-2018 16:59 / Bu xəbər 2504 dəfə oxundu
Qəzanı törədən hərbi hadisə yerindən qaçıb
Fevralın 24-də Bakıda, 3-cü mikrorayon dairəsində yolu keçən Əziz Fəttahovu maşın vurub.
Nəticədə Ə. Fəttahov həlak olub.
Qəzanı törədən "Ford" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Arqument.Az-a daxi olan məlumata görə, qəzanın bəzi detalları məlum olub.
Belə ki, qəzanı hərbçi, polkovnik-leytenant Babayev Nəbi Tofiq oğlunun törətdiyi bildirilir.
Məlumatda deyilir ki, Nəsimi Rayon Prokurorluğunda açılmış cinayət işinin materialları Hərbi Prokurorluğa göndərilib.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Rauf Hacıyev isə Arqument.Az-a bildirib ki, cinayət işinin materialları hələ ki quruma təqdim olunmayıb.
Ə. Fəttahov Müsavat Partiyasının Divan üzvü, başqanın keçmiş müavini Elman Fəttahın qardaşıdır.
Mövzunu diqqətdə saxlayacağıq.