“Fu Məzi” yazan fəal yenidən polisə çağırıldı

“Fu Məzi” yazan fəal yenidən polisə çağırıldı

31-07-2020 13:23 / Bu xəbər 2641 dəfə oxundu

Parlament seçkiləri dövründə "Fu Məzi” yazdığına görə həbs olunan Fuad İsmayılov yenidən polis şöbəsinə çağırılıb.

Bu barədə gənc fəal öz feysbuk səhifəsində yazıb. 

Fuad İsmayılovun anası Toplum Tv-ə bildirib ki, bu gün saat 12-də evlərinə mülki geyimli şəxs gəlib: "Bir mülki geyimli şəxs gəldi, Fuada dedi ki, səni 32-ci şöbəyə çağırırlar. Bölmə Suraxanı rayonu ərazisindədir”. 

Anasının sözlərinə görə, Fuad İsmayılov hazırda bölmədədir.

Parlament seçkilərinə etiraz olaraq MSK-nın önündə "Fu Məzi” yazan fəal artıq iki dəfə həbs olunub.

F. İsmayılov ilk dəfə martın 7-də İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə (şəxsi istehlak miqdarında narkotik saxlama) 60 günlük həbs olunub. 

O, birinci həbsi zamanı məhkəmədə bildirmişdi ki, narkotik maddə saxlamaqda ittiham olunsa da, polis bölməsində ona ancaq siyasi məsələlərlə bağlı suallar veriblər.

O, ikinci dəfə mayın 22-də saxlanıb və Suraxanı Rayon Məhkəməsinin qərarıyla ona iki aylıq inzibati həbs cəzası verilib.