Azərbaycanlı yazarlar həbsləri pisləyən bəyanat yaydılar
30-07-2020 13:07 / Bu xəbər 2954 dəfə oxundu
Bir qrup azərbaycanlı yazarlar Qarabağ yürüşünün iştirakçılarına qarşı repressiyaları pisləyən bəyanatla çıxış edib.
Bəyanada deyilir: "Son iki həftə ərzində Azərbaycanda baş verən ağır repressiyalar ölkənin bütün ləyaqətli insanları kimi, vicdanlı qələm sahiblərini də narahat edir. Bu narahatlığın ifadəsi olaraq, bir qrup yazar repressiyaları pisləyən bəyanat hazırlayaraq, ölkə ictimaiyyətinə müraciət edib. Qeyd etmək istəyirik ki, bəyanat imzalanmaq üçün açıq olacaq və bizimlə həmrəy olanların adları siyahıya əlavə ediləcək.
Biz Azərbaycanın bir qrup söz adamı son günlər ölkədə baş verən hadisələrdən dərin narahatlıq hissi keçiririk. Hər kəsə məlum olduğu kimi, Tovuz sərhədində erməni silahlı qüvvələrinin təxribatı ilə başlayan və 12 hərbçimizin şəhid olması ilə nəticələnən hadisə ölkə gündəmini xeyli gərginləşdirdi. İllərdən bəri Qarabağ, torpaq ağrısı ilə yaşayan insanlar şəhid xəbərlərindən sarsılaraq küçələrə çıxdı və dövlətlə həmrəylik nümayiş etdirərək Bakı şəhərinin mərkəzində yürüş keçirdi.
Dinc şəkildə və Qarabağ şüarları altında keçən yürüşə minlərlə insan qatıldı. Təəssüf ki, məlum yürüşdə hansısa çirkin qüvvələrin əli ilə təxribat törədilərək, insanların saf duyğularının üstünə kölgə salındı. Dünyanın istənilən yerində bənzər hadisələr olur və ümid etmək olardı ki, ölkə rəhbərliyi yürüşün Qarabağ şüarları altında keçirildiyini nəzərə alaraq, baş verən xuliqanlıq faktlarını qanun çərçivəsində inzibati şəkildə cəzalandırmaqla kifayətlənəcək. Amma bu gözləntinin əksinə, yürüşdə iştirak edən günahsız insanlara qarşı ağır repressiyalar başlandı. Onlarla insan heç bir tutarlı dəlil olmadan həbs olundu və barələrində ağır maddələrlə cinayət işi açıldı. O insanların arasında hamımızın tanıdığı və heç bir təxribatda iştirak etmədiyinə əmin olduğumuz onlarla insan var. Qarabağ qazisi, şair Manaf Kərimov da onlardan biridir ki, onun da həbs olunan onlarla vətənpərvər insan kimi günahsız olduğuna inanırıq. Təəssüf ki, həbslər bu gün də davam edir və Qarabağla bağlı o coşqulu yürüş arzuolunmaz bir qisasçılıq aksiyasına çevrilib.
Biz bu bəyanatı imzalayan yazarlar ölkə rəhbərliyinə müraciət edərək, onları baş verənlərlə bağlı təmkinli olmağa və repressiyalara son qoymağa çağırırıq. Hesab edirik ki, ölkədə birliyə, həmrəyliyə və dialoqa ehtiayc duyulduğu bir zamanda bu cür kəskin addımlar atmaq, günahsız insanları ağır ittihamlarla həbs etmək yolverilməzdir. Belə sərt addımlar yalnız və yalnız ölkədə nifrətin və qarşıdurmanın dərinləşməsinə xidmət edə bilər. Ona görə, hesab edirik ki, günahsız həbs edilmiş insanların azadlığa buraxılmasında və məhkəmənin media tərəfindən yayınlanmış real kadrlar əsasında obyektiv aparılmasında fayda var.
Biz eyni zamanda, bütün ölkə ictimaiyyətinə, yazarlara, sənət adamlarına müraciət edərək, onları da baş verən bu xoşagəlməz hadisələrə səssiz qalmamağa çağırırıq.
Əziz həmvətənlər, bu ölkə hamımızındır və burda baş verən bütün xoşagəlməz hadisələrin ağrısını birlikdə cəkəcəyik. Biz tarixən dəhşətli repressiya illərini yaşamış bir xalqıq. O illərin bir daha təkrarlanmasına yol verməyə haqqımız yoxdur. Bu gün ölkədə hər şeydən öncə bir həmrəyliyə ehtiyac var, bir olaq, birlik olaq ki, Vətənimiz üçün səsimiz hər yerdə ucadan eşidilsin:
Şahinə Könül
Saday Şəkərli
Rasim Garaja
Elman Tovuz
Mehmet İsmail
Mirze Sakit
Saadet Cahangir
Ayaz Arabaçı
Афаг Шихлы
Yafes Turkses
Esad Cahangir
Kəramət Böyükçöl
Mübariz Məsimoğlu
Tofiq Hesenli
Mahir Mehdi
Rebige Nazimgizi
Gün Ay Ümid
Adilə Nəzər
Aləmzər Sadıqqızı
İlham Qəhrəman
Vüsale Süleymanova
Ehtiram İlham
Sakit Sabiroglu
Bəxtiyar Hidayət
Etibar Qərib
Elşad Barat
Sehran Allahverdi ( rəssam )
Şəhriyar İbrahimov
Sahib Altay
Nəcibə İlkin
Ceyhune Mehman Börekçioğlu
Elçin Məmmədov
Arzu Göytürk
Əmir Qazaxlı
Nicat Həşimzadə
Vüqar Səfərov
Ulucay Akif
Heyder Oguz
Faiq Hüseynbəyli
Arzu Murad
Ramil Mərzili
İqbal Nəhmət
Elkin Kərimli
Safa Rashid
Aysel Xanlarqızı Səfərli
Firuzə Oruc
Aydın Arslan
Emil Rasimoğlu
Faiq Balabeyli
İLkin Şakiroğlu
Ömər Xəyyam
Ilqar Mahmud
Mutalib Tahiroglu
Vusal Seid Rzazade
Bəhruz Xəlil
Arzuman Ağdabanlı
Mirbağır Bünyatov
Eyvaz Əyyub
Süleyman Abdulla
Vüsal Yurdoğlu
Cavid Mesud
Qafar Şövqi
Aysel Fikrət
Ətayə Odər Əkbərsoy
Əli Aşiq
Aşıq İman Əliyev
Mənsur Həsənzadə
Rasim Abdulkərimov
Babək Babək
Kemale Rehimli
Tural Coşqun
Yadigar Təvəkkül
Arzu Rüstəm
Seyhun Hökmdar
Nail Sərraf
Vüsal Ağayev
Əfqan Muxtarlı (araşdırmaçı jurnalist)
Peri Miniatur (rəssam-bloger)
Nevai Metin (rəssam)
Səfər Cavadov ( bloger jurnalist)
Yusif Qoca (aktyor )
Azad Qaradərəli
Paşa Yaqub
Nuridə Misir
Tural Turan
Yadigar Türkel
Tərlan Əhməd
Mirzə Mirzəyev
Muhammed Həmidə
İlham Mirzəliyev (siyasətçi)
Mehriban Sadıqova (Gün TV-nin rəhbəri)
Gülbəs Ayvaz (rəssam)
Namiq Zaman
Məhəmməd Xəyal
Pərviz Cəbrayıl
Əbil Həsənov (yazıçı jurnalist)
Yalçın Cavad
Nadir İsmayılov
Dadaşov Zaur
Səxavət Mehdiyev
Arif Pənahoğlu
Yaşar Süleymanlı
Mücirəddin Mübariz
Sərvər Kamranlı
Vaqif Cabbarlı (müəllim)
Habil Azəri
Zakir Məmməd
Gülnarə İsrafil
Sadiq Musa
Sevinc Məmmədova
Aidə Adıgözəl
Zərrintac Teymur
Şəmşad Ağa
Şahvələd Çobanoğlu
Pərviz Arif
Ənvər Məsud
Asim Sabiroğlu
Allahverdi Musayev (rejissor)
Valeh Duyğun
Araz Gündüz (tərcüməçi)
Səxavət Kəlbəcərli
Vahid Qazi (yazıçı-publisist)(İsveç)
Vasif Zöhraboğlu
Etibar Əliaslan (Qarabağ müharibəsi əlili)
Şəhanə Müşfiq
İradə Aytel"