Baş Prokurorluq İlqar Məmmədova cavab verib

Baş Prokurorluq İlqar Məmmədova cavab verib

29-09-2018 23:04 / Bu xəbər 2162 dəfə oxundu

Baş Prokurorluq REAl Partiyasının sədri İlqar Məmmədovun Baş prokuror Zakir Qaralova müraciətinə cavab verib.

Cavabı prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov göndərib. Cavab məktubunda REAL Partiyası sədrinin müraciətinə baxıldığı qeyd edilir.

Məktubda yazılır:

İ.Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CinayətMəcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum olunub. Şəki Apellyasiya Məhkəməsi isə 2018-ci ilin avqustunda İ.Məmmədovun vəkillərinin apelyasiya şikayətini qismən təmin edib. Hökm qismən dəyişdirilib və İ.Məmmədun cəzasının çəkilməmiş 1 il 5 ay 21 günlük hissəsi 2 il sınaq müddəti müəyyənedilməklə şərti hesab edilib.

"Qanuni qüvvədə olan göstərilən məhkəmə qərarı ilə Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum olunmağınıza dair birinci instansiya məhkəməsinin hökmüqanuni və əsaslı hesab edilmişdir. Qeyd olunanlarla əlaqədar sizə izah edilir ki, Cinayət-prosessual Məcəlləsinin 409-ciu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququnuz vardır”, - məktubun sonunda yazılır.

REAl Partiyası sədri prokurorluğun cavabı ilə bağlı dəyərləndirməsində bildirib ki, hüquqlarının pozuntusunun nəticələrinin aradan qaldırılmasından ötrü qanun çərçivəsində bütün addımların atılacaq. O, eyni zamanda, cinayətin ört-basdır edilməsiilə də bağlı Cinyaət Məcəlləsində maddə olduğunu da qeyd edib.

REAl Partiyasının sədri sentaybrın əvvəlində baş prokuror Zakir Qaralova müraciət etmişdi. Avqustda həbsdən azadlığa buraxılan siyasətçi müraciətində həbs edilməsi ilə hüquqlarının pozulduğunu vurğulamış, bu əməldə iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını istəmişdi.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti dətəmin edilməyib.

AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqlarıvə Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ)maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbsolunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə avqustun 13-də İ.Məmmədov azadlığa buraxılıb. O, 2 il sınaq müddəti şərti ilə azadlığa çıxıb.