Bu rayonların icra başçıları işdən çıxarıla bilər - SİYAHI

Bu rayonların icra başçıları işdən çıxarıla bilər - SİYAHI

12-03-2019 01:06 / Bu xəbər 963 dəfə oxundu

"Yaxın günlərdə bir neçə rayonun icra başçısı vəzifəsindən uzaqlaşdırılacaq".

Bu barədə qlobal.az məlumat yayıb. 

Məlumatda bildirilir ki, rayonlarda icra başçılarının fəaliyyəti isə qənaətbəxş deyil, həmçinin "Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası zamanı da ciddi korrupsiya hallarına yol verilib.

Yerlərdə əhalinin sosial rifah hallarının yüksəldilməsi, yeni iş yerlərinin açılması üçün dövlət büdcəsindən ayrılan milyonlarla vəsait da təyinatı üzrə xərclənməyib.

Bu proqram üzrə rayonların abadlaşdırılması, işsizliyin aradan qaldırılması nəzərdə tutulsa da, bu səhədə ciddi və köklü həll edilməli problemlər yaranıb. 

Bir sözlə, etimadı doğrultmayan icra başçıları fəaliyyətlərində nöqsanlara yol verib, əhalini kütləvi şəkildə narazı salıblar.

Məlumata görə, yola salınacaq icra başçıları ilə bağlı Prezident Adminstrasiyasına və müvafiq dövlət qurumlarına çoxsaylı şikayət məktubları da daxil olub. 

İlkin məlumata görə, vəzifədən çıxarılan və yeni təyinat almayan icra başçıları aşağıdakılardır:

- Lənkəranın icra başçısı Taleh Qaraşov,
- Lerikin icra başçısı Rövşən Bağırov
- Bərdənin icra başçısı Vidadi İsayev 
- Masallının icra başçısı Rafil Hüseynov 
- Tovuzun icra başçısı Məmməd Məmmədov (2018-ci ildə təyin olunub) 
- Astaranın icra başçısı Qəzənfər Ağayev 
- Biləsuvarın icra başçısı Mahir Quliyev
- Samuxun icra başçısı Alı Qocayev 
- Tərtərin icra başçısı Müstəqim Məmmədov 
- Hacıqabulun icra başçısı Əhməd Muxtarov
- Şirvanın icra başçısı Mərdan Camalov
- Ağsunun icra başçısı Ənvər Seyidəliyev
- Qəbələnin icra başçısı Səbuhi Abdullayev