Cənubi Azərbaycanda baş verən daşqınlarda ölənlərin sayı 41-ə çatıb

Cənubi Azərbaycanda baş verən daşqınlarda ölənlərin sayı 41-ə çatıb

17-04-2017 02:14 / Bu xəbər 1412 dəfə oxundu

İranda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Bu barədə İran İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri İsmayıl Nəcar bildirib.

Xəbərdə bildirilir ki, daha 22 nəfər itkin düşmüş hesab olunur.

Təbii hadisədən daha çox Şərqi Azərbaycanın Azərşəhr və Əcəbşir, habelə Kürdüstan, Ərdəbil, Zəncan vilayətləri zərər çəkib.

Daşqınlar ölkənin şimal-qərbində yağan güclü yağışlar nəticəsində baş verib. Nəticədə çaylar daşaraq körpüləri və kommunikasiyanı dağıdıb. Güclü sel nəticəsində həmçinin nəqliyyat vasitələri də ziyan çəkib.///azadliq.info