Deputatın adı seçici siyahısında yoxdur - FOTO
21-09-2019 14:18 / Bu xəbər 4675 dəfə oxundu
600 min ABŞ dolları borca görə III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılovun dəbdəbəli villası üzə çıxıb.
Yenisabah.az xəbər verir ki, dəyəri milyonlarla manat olan villa keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsində "milyonçular məhəlləsi” kimi tanınan ərazidə yerləşir.
Sayt villanın fotolarını da yayıb.
Rafael Cəbrayılovla bağlı başqa maraqlı fakt da var. Belə ki, o deputat olsa da, adı seçici siyahısında yoxdur.
Hər halda Mərkəzi Seçki Komisiyyasının internet səhifəsinə yerləşdirilən seçi siyahısında Rafael Cəbrayılovun adı qeyd edilməyib.