DİN: Maska taxmayanlar qaydanı pozmuş sayılır

DİN: Maska taxmayanlar qaydanı pozmuş sayılır

02-04-2020 12:52 / Bu xəbər 808 dəfə oxundu

"Vətəndaşların qoruyucu vasitələrindən istifadəsi mütləqdir".

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, polislər də bunu vətəndaşlardan tələb edir: "Karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir".