DYP polkovniklə bağlı qalmaqala niyə cavab vermir?

DYP polkovniklə bağlı qalmaqala niyə cavab vermir?

06-03-2018 01:54 / Bu xəbər 2427 dəfə oxundu

Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidməti (MMX) rəhbəri Vahid Nuriyevlə bağlı şikayət var.

Bu barədə "Cümhuriyyət" məlumat yayıb. 

Məlumatda qeyd olunur: "Polkovnikin fəaliyyəti nazir Ramil Usubovun polis sistemində apardığı islahatların əleyhinədir. Operativ idarəçilik sistemini demontaj etməkdə olan V.Nuriyev ölkənin yol polis fəaliyyətini bayağı, ələbaxımlı, soyğunçu şəklinə salaraq, polis imicinin reputasiyasını dağıdan alverçi obrazı yaradır". 

Sayt yazır ki, əgər nazir təğyiri-libas olub Nuriyevin oturduğu 403-cü otağa gəlsə, dəhşətli mənzərənin şahidi olacaq: "Vahid Nuriyev ənənəvi "QAİ” qaydası ilə yollardan pul yığa bilməsə də, onun gəliri ayağına gəlir. MMX rəhbəri sakitcə kabinetində əyləşib, əli pul görmür, heç bir təhlükə yoxdur, hansısa rüşvət sövdələşməsində iştirak etmir, di gəl sistem işləkdir. Söhbət sürücülərin çox gözəl tanıdığı qaragünlü 403-cü otaqdan gedir. Bu otağın qarşısında çox yox, cəmi 1 saat müşahidə aparın: əlində maşın nömrəsi gələn kim, telefonla tanış axtaran kim, növbə üstündə qırğına çıxan kim – hamı bir nəfər kimi Nuriyevin 403-cü "cənnət” otağının nurunu görmək arzusundadır. Necə deyərlər, bu sirat körpüsündən, yəni 403-cü otaqdan keçməyənlərin şəhərdə günü qaradır. Yəni əsl reportajlıq məkandır. Bir gün cənab nazir R.Usubov təğyiri-libas olub bu kabinetə gəlsə, öz gözləri ilə nələrin baş verdiyinə şahid olacaq". 

"Sürücülərin cumhuriyyet.az-a bildirdiyinə görə, 403-cü otaqda hər gün dövlət büdcəsindən yüz minlərlə manat pul yayındırılır. "Yazıya pozu yoxdur” deyiblər, amma bu atalar sözü də 403-cü otaqda öz kəsərini itirir. Çünki MMX-nın 403-cü otağı məhz yazılanları pozmaq üçün fəaliyyət göstərir. Mərkəzi Məlumat Xidməti qeyri-qanuni pul toplamaları üçün xüsusi mexanizm hazırlayıb. Belə ki, radara düşən sürücüyə elektron protokol tərtib olunaraq yaşadığı ünvanına göndərilir. Amma əksər hallarda cəriməni ödəmək istəyən sürücülər süni maneələrlə üzləşirlər. Belə ki, banka gedib cəriməni ödəmək istəyən sürücüyə bildirilir ki, cərimə sistemə vurulmayıb. Cərimə sistemə vurlmayıbsa deməli ödəyə bilməzsən, baxmayaraq ki, əlində ünvanına gəlmiş elektron protokol var", - məlumatda bildirilir. 
 
Məlumatda deyilir ki, hətta bir ildən də artıq müddət keçmiş MMX radarlara görə saxlanılır və maşın cərimə meydançasına aparılır. Məlum olur ki, sürücünün MMX-dan xəbəri yoxdur və ona heç bir məktub xəbərdarlıq göndərilməyib. Sürücülər inspektordan protokolun çap edilməsini tələb etsələr də buna nail ola bilmirlər. Sürücülər özləri DYP-nin saytına girib yoxlayanda da orada heç bir cərimə görmürlər. Arxayın olan sürücü birdə DYP inspektoru onu saxlayıb cərimə meydançasına aparanda bilir ki, onun cəriməsi var və cəriməni ödəmədiyi üçün cəzalandırılıb. Belə olan halda isə əlacsız qalan sürücülər Baş Dövlət Yol Polis İdarəsinə və oradada 403-cü otağa üz tutmağa məcbur olurlar. Buranın isə isə öz qanunları var, Azərbaycan qanunları keçərsizdir. Odur ki, toplanan pulların da Azərbaycan dövlətinə, onun xəzinəsinə heç bir aidiyyatı yoxdur.

Sayt iddia edir ki, DYP- işçisi və onun operator köməkçiləri var. Əslində aydındır ki, DYP daxilində qurulmuş bu sistem cərimə pullarının bank vasitəsilə ödənilməsinə yaradılan maneələrin bir məqsədi var – sürücülərdən toplanan böyük məbləğdə pulların şəxsi ciblərə getməsini təmin etmək. Şəxsi ciblərin isə Zeynalovla Nuriyevin olduğu iddia edilir.///cümhuriyyət.az

DYP-dn məlumata hər hansı rəsmi münasibət bildirilməyib. Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.