Əli Həsənov deputatlara qəzəbləndi: “Yeyinti anlayışı yoxdur”

Əli Həsənov deputatlara qəzəbləndi: “Yeyinti anlayışı yoxdur”

07-12-2016 17:57 / Bu xəbər 1336 dəfə oxundu

Milli Məclisinin bu gün keçirilən növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov millət vəkilləri Çingiz Qənizadə və Hikmət Babaoğlunun qaçqın və məcburi köçkünlərlə bağlı ittihamlarına cavab verib.

Publika.az xəbər verir ki, Ə.Həsənov deputatların bu cür fikirləri ilə razılaşmadığını bildirib.

Ə.Həsənov deyib ki, kiminsə hansı bir idarə, komitə və ya nazirə sözü varsa, öz sözünü desin:

"Hesablama Palatası şəffaf qurumdur və şəffaf da işləyir. Hesablama Palatasının rəyində yeyinti anlayışı yoxdur. Yeyinti, filan başqa şeydir. O aktda yazılıb ki, qaçqın və məcburi köçkünlərin yemək xərci siyahısı ilə elektrik, su və qaz təchizatı sayında fərq var”.

Xatırladaq ki, millət vəkili Çingiz Qənizadə qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsaitin ünvanlı şəkildə onların özlərinə ayrılmasını, onların da bu vəsaiti xidmət təşkilatlarına ödəməli olduğunu bildirib.

Deputat Hikmət Babaoğlu da deyib ki, qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsaitin ünvanlı şəkildə onların özlərinə ayrılması və onların xidmət təşkilatlarına birbaşa ödəməsi daha məqsədəuyğundur.

H.Babaoğlu Hesablama Palatasının apardığı yoxlamaların nəticələrinin bu addımın atılmasını zəruri etdiyini bildirib.

Arqument.Az