Elmar Vəliyev İsrailə aparılıb

Elmar Vəliyev İsrailə aparılıb

06-07-2018 16:10 / Bu xəbər 2024 dəfə oxundu

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dünən gecə saatlarında İsrailə aparılıb.

Bu barədə Gununsesi.info-ya icra başçısına yaxın mənbələrdən bildirilib. 

Məlumatda qeyd olunur ki, əməliyyatdan sonrakı prosedurların İsraildə həyata keçrilməsi məsləhət olunub.

Buna görə də xüsusi həkim nəzarəti altında Elmar Vəliyevi bu ölkəyə aparıblar.

İcra başçısının səhhətinin sabit olduğu da deyilir.

Elmar Vəliyev 2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olan və Moskvada yaşayan Yunis Səfərov tərəfindən güllələnib. İcra başçısı və mühafizəçisi, polis serjantı Qasım Aşbazov ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. 

Cinayəti törədən Yunis Səfərov isə hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.