GDU-da "dekanlıq" davası

GDU-da

24-05-2016 11:30 / Bu xəbər 1009 dəfə oxundu

Gəncə Dövlət Universitetində baş qaldıran dekanlıq qalmaqalı ilə bağlı demokratik.az saytı qalmaqallı xəbər yayıb. 

Sayt yazır ki, bir müddət öncədən Universitetdə dekan və kafedra müdirlərinin seçkilərinə start verilib. 

Hələlik Universitetin Kimya-Biologiya fakültəsinə dekan seçilsə də digər fakültələrdə seçki proseslərinə süni əngəllərin yaradıldığı bildirilir.Söhbət çoxsaylı internet mediasında adı daha çox hallandırılan, bununla bəlkə də GDU-nun digər fakültələrində baş verən biabırçılıqların gizlədilməsinə hesablanan Fizika və Texniki fənlər fakültəsindən gedir. Əldə etmiş olduğu bilgilər onu deməyə əsas verir ki, adıçəkilən fakültə də,fakültənin hazırki dekanı da bir-iki cılız müəllimin şəxsi maraqlarının hədəfində imiş…
 
Aldığımız bilgilərə görə, xeyli müddətdir ki, hazırki dekan İldırım Qasımovun dekanlıq karyerasına son qoymaq məqsədilə indiyədək "gizli”olan qüvvə artıq açıq savaşa girib. Daha dəqiqi, vaxtilə 8 il bu fakültədə rüşvət tendensiyası ilə çalışmış Muğan Quliyev yenidən köhnə vəzifəsinə can atır. Məlumata görə, qalmaqallı namizəd müəllimlik karyerasında "Xidmət Əməyi”, pedoqoji təcrübi fənlərin tədrisilə məşğul olub.Amma bunları unudub və riyaziyyat elmləri doktoru ola bilib. Bu dəqiq və qeyri dəqiq elmlərin ustadı fakültənin bir neçə müəllimi ilə birləşərək qalmaqallar yaradır, yaxın günlərdə baş tutacaq dekanlıq seçkilərinə süni əngəllər törədir.
 
Müəmmalı fəlsəfə üzrə riyaziyyat elmləri doktoru özünün indiyədək əlbir olduğu şantajçı komanda üzvləri ilə ziyalı adına heç bir ölçülərlə sığmayan üsullarla dekanlıq postuna hücuma keçiblər. Hətta sabiq dekan müəllim kollektivinə seçilər-seçilməz hər kəsə kühnə rüşvət üsulları ilə şərait yaradacağını deməklə kollektivi ətrafına toplamağa çalışır. Muğan Quliyevin vəkili obrazında isə əsas fiqur rolunu vaxtilə "zamdekan”lıqdan qovulmuş Elxan İsmayılov aparır. 

O Elxan İsmayılov ki, övladlarını da hərbi xidmətdən yayındırmaqla təhsil ocağında başqalarına ziyalı vətənpərvərliyinin nə olduğunu aşılamaq əzmində deyil. Əldə etdiyimiz məlumata inansaq bu canfəşan xeyli müddətdir ki, evini satıb və müxtəlif yollarla "ziyanının” konpensasiyasına çalışır.

Hesab edirik ki,bunlar adışəkilən haqda ayrıca müzakirə mövzusudur. Hələlik söhbət bu şəxsin Muğan Quliyevin dekanlığına niyə üstünlük verməsindən gedir.Belə anlamaq olar ki,gələcəkdə M.Quliyevin dekanlığı ona yüksək gəlirlər vəd edir…
 
Hazırda saytımıza daxil olmuş faktlar araşdırılır.
 
Qlobal.az