İcra başçısı prezidentin müşavirəsində yatdı: "Lap yatmışam, burada nə var?"

İcra başçısı prezidentin müşavirəsində yatdı:

31-01-2018 15:06 / Bu xəbər 695 dəfə oxundu

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. 

Unikal.org-un yaydığı fotoya əsasən, prezident İlham Əliyevin müşavirədə çıxışı zamanı Bayram Səfərovu yuxu tutub və o, mürgüləməyə başlayıb.

Bayram Səfərovun yatmaq anı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun prezident İlham Əliyevin keçirdiyi son müşavirədə yuxuya getdiyini əks etdirən fotolarla bağlı məsələyə aydınlıq gətirib.

B.Səfərov "Ölkə.Az”-a açıqlamasında deyib ki, bu cür məqamlarla ona qarşı ucuz şou kampaniyası aparmaq doğru hərəkət deyil: "Tutalım ki, müşavirədə lap yatmışam. Burada nə var? Yəqin yorğun olub yatmışam. Mən də adamam, yata bilmərəm? Mən də insanam, yorula və yata bilərəm. Bundan ucuz şou yaratmaq doğru deyil”.